“Real”ın baş məşqçisi Karlo Ançelotti “Top-5” liqalarda 850-ci oyununu keçirib. Corner.az xəbər verir ki, bu, İspaniya La Liqasının 17-ci turunda “Valensiya” (2:0) ilə keçirilən matça təsadüf edib.
İtaliyalı mütəxəssis bu göstərici ilə “böyük beşlik” ölkələrinin liqalarında komandanı ən çox meydana çıxaran məşqçilərin sıralamasında 8-ci yerə yüksəlib. Bu baxımdan lider “Arsenal”ın əfsanəvi çalışdırıcısı Arsen Vengerdi. Fransanın aktivində 1208 görüş var. Sonrakı pillələrdə müvafiq olaraq Aleks Ferqyuson (1193), Corc Remzi (1183), Gi Ru (912), Elenio Errera (904) və Yupp Haynkes (882) qərarlaşıb.
Qeyd edək ki, Karlo Ançelotti İtaliya A seriyasında 486, İngiltərə Premyer Liqasında 134, İspaniya La Liqasında 133, Fransa Liqa1-də 57, Almaniya Bundesliqasında isə 40 oyunun iştirakçısı olub.