24 noyabr 2024. Bazar günü

Real tarixinin ən gənc üçüncü futbolçusu


Real tarixinin ən gənc üçüncü futbolçusu
İspaniya La Liqasında “Valensiya”ya qarşı keçirilən 17-ci turun təxirə salınan oyunu “Real”ın hücumçusu Vinisyus Junior üçün əlamətdar olub. Corner.az xəbər verir ki, braziliyalı futbolçu 2:0 hesabı ilə qalib gəldikləri görüşdə 200-cü dəfə meydana çıxıb.
 
İkinci qolun müəllifi olan Vinisyus “kral klubu”nun heyətində 200 matça 22 yaş 205 günlüyündə çıxıb. Bununla “Real”da bunu bacaran ən gənc üçüncü oyunçu ünvanını ələ keçirib. Daha erkən yaşda bu göstəriciyə Raul Qonzales (21 yaş 176 gün) və İker Kasilyas (22 yaş 151 gün) çatıb.
 
Qeyd edək ki, 2018-ci ildən “Real”ın formasını geyinən Vinisyus aktivinə 49 qol, 37 assist yazdırıb.






İspaniya L.L.

Yamal komanda ilə məşq etmədi
  • İspaniya L.L.
  • 16:16 21.11.2024
Yamal komanda ilə məşq etmədi
Endrik "Real Madrid"i tərk etməyəcək
  • İspaniya L.L.
  • 15:28 21.11.2024
Endrik "Real Madrid"i tərk etməyəcək