30 iyun 2026. Çərşənbə axşamı

Barselona üçün xoşagəlməz xəbər: La Liqadan qovulur?


Barselona üçün xoşagəlməz xəbər: La Liqadan qovulur?

İspaniya “Barselona”sı xoşagəlməz ittihamla üzləşib. Corner.az “Bolavip”ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi hakimlərə rüşvət verməkdə ittiham olunur.

Prokurorluq bu faktı sübut edərsə, “Barselona”ya hansı sanksiyaların tətbiq oluna biləcəyi də məlumdur. Belə ki, klub günahkar bilinərsə, o zaman İspaniya çempionatındakı xalları silinə və La Liqadan qovulma ehtimalı ola bilər.

Bundan əvvəl mətbuatda “Barselona”nın İspaniya Kral Futbol Federasiyasının Hakimlərin Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya pul ödədiyi barədə məlumat yayılıb.

Xatırladaq ki, daha əvvəl İtaliya çempionatında maliyyə fırıldaqlarına görə “Yuventus”un hesabından 15 xal silinmişdi. 2006-cı ildə komanda danışılmış oyunlara görə B Seriyasına düşmüşdü.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"