30 iyun 2026. Çərşənbə axşamı

Barselona'ya qarşı daha bir ittiham


Barselona'ya qarşı daha bir ittiham

İspaniyanın "Barselona" klubu İngiltərə "Çelsi"sindən heyətinə qatdığı Markos Alonsonun transferi ilə bağlı saxtakarlıqda ittiham olunub.

Corner.Az AS nəşrinə istinadən xəbər verir ki, İspaniyanın dördüncü liqasında çıxış edən "Union Adarve" 2022-ci ildə müdafiəçinin keçidi ilə əlaqədar FIFA-nın Mübahisələrin Həlli Palatasına şikayət edib.

Klub Kataloniya təmsilçisini qayda pozuntusunda günahlandırıb. İddiaya görə, "Barselona" və "Çelsi" oyunçu dəyişikliyi ediblər. İspaniya nəhənginin Alonso və 12 milyon avro müqabilində Pyer-Emerik Obameyanqı heyətinə qatdığı bildirilib.

Futbolçu bir müddət "Union Adarve"də məşq etdiyi üçün kluba 103 min avro ödənilməli idi.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında London təmsilçisi ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edən Markos Alonso "Barselona"ya keçib.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"