30 iyun 2026. Çərşənbə axşamı

Barselona'dan iki yeni rekord


Barselona'dan iki yeni rekord
İspaniya La Liqasının 22-ci turunun “Kadis”lə oyunda 2:0 hesablı qələbəyə sevinən “Barselona” üçün bu görüş əlamətdar olub. Corner.az xəbər verir ki,  sözügedən matçda Kataloniya təmsilçisi bu mövsüm 17-ci oyununu qol buraxmadan başa vurub.
 
Xavinin baş məşqçi olduğu kollektiv cari mövsüm keçirdiyi 22 oyunun yalnız 5-də qapısında qol görüb. 17 matçda qapısının toxunulmazlığını qorumağı bacaran “Barselona” “Deportivo”nun 1993/94 mövsümündəki rekordunu yeniləyib. La-korunyalılar 29 il əvvəl 16 görüşdə qol buraxmamışdılar.
 
İlk 22 oyunda cəmi 7 dəfə mərkəzə dəvət edilən “Barselona” bu baxımdan da rekorda yiyələnib. Buna qədər mövsümün ilk 22 turunda rekord 9 top idi. Bunu isə 1986/87 mövsümündə “Barselona”, 1993/94-də “Deportivo”, 2017/18-də isə “Atletiko” bacarmışdı.
 
Hazırda La Liqada 59 xalla vahid lider olan “Barselona” ən yaxın izləyicisi “Real”ı 8 xal qabaqlayır.
 






İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"