23 mart 2026. Bazar ertəsi

Real'da növbəti ciddi itki


Real'da növbəti ciddi itki
Madrid “Real”ının daha bir futbolçusu sıradan çıxıb. Corner.az xəbər verir ki, "kral klubu"nda David Alabanın ardından Rodriqo da bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
 
Klub braziliyalı oyunçunun durumu ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda, 22  oyunçunun əzələsində aşkarlanan zədənin ciddi olduğunu diqqətə çatdırıb.
 
Həm Alaba, həm də Rodriqonun müalicəsinə artıq start verilib. Amma onların dəqiq nə vaxt sıraya dönəcəyi açıqlanmayıb.
 
Xatırladaq ki, Alaba və Rodriqo UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərə təmsilçisi “Liverpul”la görüşdə zədələniblər. David həmin matçın 27-ci dəqiqəsində əvəzlənmişdisə, Rodriqo 81-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalmışdı. “Real” bu görüşdə “Liverpul” üzərində 5:2 hesablı əzmkar qələbəyə sevinmişdi.






İspaniya L.L.

Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi
"Xetafe" evdə "Espanyol"u məğlub etdi
  • İspaniya L.L.
  • 22:59 21.03.2026
"Xetafe" evdə "Espanyol"u məğlub etdi