4 oktyabr 2026. Bazar günü

Madrid derbisində qol vuran ən gənc futbolçu


Madrid derbisində qol vuran ən gənc futbolçu
İspaniya La Liqasının 23-cü turu çərçivəsində keçirilən “Atletiko” ilə oyun “Real”ın hücumçusu Alvaro Rodriqes üçün əlamətdar olub.
 
Corner.az xəbər verir ki, 1:1 hesabıyla bitən bu matçda komandasının yeganə qoluna məhz 18 yaşlı forvard imza atıb.
 
Bununla da o, 21-ci əsrdə Madrid derbisində qol vuran ən gənc futbolçuya çevrilib. Alvaro 18 yaş 226 günlüyündə fərqlənib.
 
Bundan əvvəlki rekord Qonsalo İquayna məxsus idi. “Real”ın keçmiş hücumçusu 2007-ci ildə “Atletiko”nun qapısına 19 yaş 76 günlüyündə qol vurmuşdu.






İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”