15 may 2026. Cümə

Vinisiusa qarşı irqçilik edən azarkeşə sərt cəza


Vinisiusa qarşı irqçilik edən azarkeşə sərt cəza
İspaniyada Madrid “Real”ının hücumçusu Vinisius Juniora qarşı irqçilik edən azarkeşin cəzası açıqlanıb. Corner.az xəbər verir ki, kimliyi müəyyənləşdirilən həmin şəxs 4 min avro cərimə olunub.
 
Bundan başqa o, qarşıdakı bir il ərzində stadionlara girməkdən məhrum edilib. Sözügedən azarkeş nəinki futbol, hətta digər idman növlərinin keçirildiyi arenalara da buraxılmayacaq.
 
Xatırladaq ki, hadisə İspaniya La Liqasının 20-ci turu çərçivəsində fevralın 5-də keçirilmiş “Malyorka” – “Real” matçında qeydə alınmışdı. Meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə bitən matçda Vinisius 90 dəqiqə mübarizə aparmışdı.






İspaniya L.L.

 “Valensiya” evdə xal itirdi
  • İspaniya L.L.
  • 23:47 14.05.2026
“Valensiya” evdə xal itirdi
Mbappe “Real”ın heyətinə qayıtdı
  • İspaniya L.L.
  • 21:51 14.05.2026
Mbappe “Real”ın heyətinə qayıtdı