“Real” İspaniya kubokunun yarımfinal mərhələsinin “Barselona” ilə ilk oyununda uğursuz statistika ilə yadda qalıb. Corner.az xəbər verir ki, Madrid təmsilçisi bu görüşdə rəqib qapısına cəmi dörd zərbə endirib ki, onlardan ikisi “çərçivə”yə gedib.
Bu, “Real”ın bir ildən artıq müddət ərzində qol vura bilmədiyi ilk oyun olub. Madridlilər sonuncu dəfə ötən ilin fevralında Çempionlar Liqasında PSJ ilə matçda (0:1) bu aqibəti yaşamışdılar.
Eyni zamanda, “Real” 1970-ci ildən bu yana kubokda “Barselona” ilə ev oyununda qalib gələ bilmir. Belə ki, Madrid təmsilçisi kubokda keçirdiyi son 11 ev oyunundan yalnız birində qalib gəlib. Sonuncu dəfə bu 53 il öncə baş verib.
Xatırladaq ki, “Real” İspaniya kubokunun ilk yarımfinal matçında “Barselona”ya 0:1 hesabı ilə uduzub. Cavab görüşü aprelin 5-də “Kamp Nou” stadionunda keçiriləcək.