4 oktyabr 2026. Bazar günü

El Klasiko'da yeni rekord


El Klasiko'da yeni rekord
İspaniya kubokunun yarımfinal mərhələsinin “Real”la ilk oyunu “Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets üçün əlamətdar olub. Corner.az xəbər verir ki, qarşılaşmaya start heyətində başlayan Buskets Madrid təmsilçisinə qarşı 46-cı görüşünü keçirib. 
 
O, bununla “El Klasiko”da rekord vurub. Bu göstəriciyə görə Buskets keçmiş komanda yoldaşı Lionel Messi və “Real”ın sabiq müdafiəçisi Serxio Ramosu qabaqlayıb. Onların hər ikisinin hesabında 45 oyun var.






İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”