24 iyul 2026. Cümə

Axmaq, sən həqiqətən də axmaqsan!


Axmaq, sən həqiqətən də axmaqsan!
“Barselona” İspaniya kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Real”ı səfərdə 1:0 hesabıyla məğlub edib. Corner.az xəbər verir ki, bu matçda Kataloniya təmsilçisinin baş məşqçisi Xavi ilə Madrid klubu'nun müdafiəçisi Daniel Karvahal arasında gərginlik yaşanıb.
 
Mübahisənin yaranmasına səbəb Karvahalla “Barsa”nın futbolçusu Alexandro Baldenin toqquşması olub. İspaniyalı mütəxəssis həmin epizoddan sonra 31 yaşlı oyunçuya “Axmaq, sən həqiqətən də axmaqsan!” deyib. Tərəfləri ancaq digər oyunçular sakitləşdirə biliblər.
 
Xatırladaq ki, “Barselona” ilə “Real” arasındakı cavab qarşılaşması aprelin 5-də Kataloniyada baş tutacaq.






İspaniya L.L.

"Borussiya"nın ulduzu "Barselona"ya keçdi
  • İspaniya L.L.
  • 14:54 23.07.2026
"Borussiya"nın ulduzu "Barselona"ya keçdi
Serxio Buskets "Barselona"ya qayıda bilər
  • İspaniya L.L.
  • 22:38 22.07.2026
Serxio Buskets "Barselona"ya qayıda bilər