30 iyun 2026. Çərşənbə axşamı

Türk futbolçu Messinin rekordunu yenilədi


Türk futbolçu Messinin rekordunu yenilədi
Futbol üzrə İspaniya çempionatının 25-ci turunun “Kadis” və “Xetafe” komandaları arasında baş tutan qarşılaşmada Lionel Messinin rekordu yenilənib. Corner.az xəbər verir ki, 2:2 hesabı ilə yekunlaşan görüşdə sonuncu qolun müəllifi “Xetafe”nin türk əsilli hücumçusu Enes Ünal olub.
 
Matçın baş hakimi oyuna 10 dəqiqə əlavə edib və final fitindən əvvəl VAR-a baxdıqdan sonra “Kadis”in qapısına penalti təyin edib. Artıq əlavə olunmuş 16-cı dəqiqədə Ünal 11 metrlik zərbəni qola çevirərək yekun hesabı müəyyənləşdirib. Bu, 105:14-cü dəqiqəyə təsadüf edib.
 
Bununla da Ünal 21-ci əsrdə İspaniya çempionatında ən gec vurulan qolun müəllifi olub. Əvvəllər bu nailiyyət 2008-ci ilin payızında “Barselona”nın heyətində “Espanyol”un qapısına təyin olunmuş penaltini 102:52-ci dəqiqədə dəqiq yerinə yetirən argentinalı hücumçu Lionel Messiyə məxsus idi.






İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"