4 oktyabr 2026. Bazar günü

Oblak Qodinin rekordunu təkrarladı


Oblak Qodinin rekordunu təkrarladı
“Atletiko” İspaniya La Liqasının 27-ci turunda “Betis”i 1:0 hesabıyla məğlub edib. Corner.az xəbər verir ki, bu qarşılaşma Madrid təmsilçisinin qapıçısı Yan Oblak üçün əlamətdar olub.
 
30 yaşlı qolkiper, Madrid təmsilçisinin heyətində 389-cu matçına çıxıb. Beləliklə, sloveniyalı oyunçu paytaxt klubunun sabiq futbolçusu Dieqo Qodinin rekordunu təkrarlayıb.
 
“Atletiko” hazırda İspaniya çempionatının turnir cədvəlində 54 xalla üçüncü pillədədir.






İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”