15 may 2026. Cümə

204 gün sonra oyuna çıxdı, fitə basıldı


204 gün sonra oyuna çıxdı, fitə basıldı
“Real”ın hücumçusu Eden Hazard uzun fasilədən sonra yaşıl meydanlara qayıdıb. Corner.az xəbər verir ki, 32 yaşlı oyunçu İspaniya La Liqasının 27-ci turunun “Valyadolid”lə matçının 65-ci dəqiqəsində Kərim Benzemanı əvəzləyib.
 
Beləcə, uzun müddət idi zədədən əziyyət çəkən belçikalı oyunçu 204 gün sonra yaşıl meydanlara qayıdıb. O, bundan əvvəlki son rəsmi matçına 2022-ci ilin sentyabrında çıxmışdı.
 
“Real”ın azarkeşləri bu mövsüm cəmi 7 oyuna çıxan və 296 dəqiqə meydanda olan Hazardı bu matçda fitə basıblar. Buna baxmayaraq, o, komandasının 90+2-ci dəqiqədə vurduğu 6-cı qolda məhsuldar ötürmə müəllifi olub. Lukas Vaskesin adını tabloya yazdırmasına şərait yaradan Hazard bu mövsüm 2-ci assistini edib. Onun hesabında 1 qol da var.






İspaniya L.L.

 “Valensiya” evdə xal itirdi
  • İspaniya L.L.
  • 23:47 14.05.2026
“Valensiya” evdə xal itirdi
Mbappe “Real”ın heyətinə qayıtdı
  • İspaniya L.L.
  • 21:51 14.05.2026
Mbappe “Real”ın heyətinə qayıtdı