17 dekabr 2025. Çərşənbə

Beş futbolçu El klasiko'da iştirak edə bilməyəcək


Beş futbolçu El klasiko'da iştirak edə bilməyəcək
Bu gün İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Barselona” “Real”la matça itkilərlə çıxacaq. Corner.az xəbər verir ki, Kataloniya təmsilçisindən fərqli olaraq Madrid klubu “el klasiko”ya bir itki ilə çıxacaq.
 
Belə ki,  müdafiəçi Andreas Kristensen, yarımmüdafiəçilər Pedri, Frenki de Yonq və cinah oyunçusu Osman Dembeledən bu matçda “Barselona”ya kömək edə  bilməyəcək. Onların hamısı oyunöncəsi məşqdə çıxış etməyiblər.
 
“Real” isə müdafiəçi Ferlan Mendidən yararlana bilməyəcək.
 
“Kamp Nou”da keçiriləcək oyuna saat 23:00-da start veriləcək. İlk oyun kataloniyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.






İspaniya L.L.

Ter Ştegen ilk oyununa çıxır
  • İspaniya L.L.
  • 23:14 16.12.2025
Ter Ştegen ilk oyununa çıxır
 “Real”dan inamlı qələbə
  • İspaniya L.L.
  • 02:42 15.12.2025
“Real”dan inamlı qələbə