10 aprel 2026. Cümə

Barselona 200 milyon avro ziyandadı


Barselona 200 milyon avro ziyandadı
"Barselona” maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün mövsümün sonunda bir neçə böyük satış etmək məcburiyyətində olacaq. Corner.az-ın yerli “Sport” nəşrinə istinadən məlumatına görə, Kataloniya təmsilçisi həmin transferlərdən təxminən 200 milyon avro qazanc götürməlidir.
 
La Liqa nəhəngi yay dönəmi üçün fəaliyyət planını hazırlayıb. Rəhbərlik heç bir halda satılmayacaq futbolçuları müəyyənləşdirib. Toxunulmaz olan oyunçular Ronald Arauxo, Pedri, Frenki de Yonq, Mark-Andre ter Ştegen, Qavi, Aleks Balde, Jül Kunde, Rafinya və Robert Levandovskidi. Baş məşqçi Xavi təkliflər almalarına baxmayaraq, Andreas Kristensen və Frank Kesyeni də gözlənilən məbləğ olacağı təqdirdə transferinə razı olacağı bildirilir.
 
“Barselona”nın alternativ variantı isə maaşları yüksək olan oyunçularla yolları ayırmaqdı.
 






İspaniya L.L.

“Qavi komandamızın ruhudur”
  • İspaniya L.L.
  • 22:11 07.04.2026
“Qavi komandamızın ruhudur”