23 oktyabr 2024. Çərşənbə

Barselona'ya qarşı het-trik edən futbolçular


Barselona'ya qarşı het-trik edən futbolçular
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) “Nou Kamp” stadionunda “Barselona”nın qapısına het-trik edən futbolçuların siyahısını dərc edib. Corner.az xəbər verir ki, “Real”ın hücumçusu Kərim Benzema bu siyahıya düşməyi bacarıb.
 
Fransalı oyunçu İspaniya Kubokunun yarımfinal mərhələsinin 4:0 hesabı ilə qalib gəldikləri cavab matçında het-trik etməklə “Nou Kamp”da bunu bacaran 11-ci oyunçu kimi tarixə düşüb. Benzema həmçinin Ferens Puşkaşdan sonra əzəli rəqibinin qapısından səfərdə 3 top keçirən ikinci “Real” oyunçusu olub.
 
“Nou Kamp”da pokerə imza atan yeganə futbolçu isə Milinko Pantiç olub.
 
Luis Araqones (30/04/1961. “Ovyedo – 5:3) – 3 qol
Ferens Puşkaş (27/01/1963. “Real” – 5:1) – 3
Toni Kurbos (03/10/1984. “Metz” – 4:1) - 3
Manuel Penya (20/12/1987. “Valyadolid” – 4:2) - 3
Baltazar (29/03/1989. “Atletiko” – 3:3) - 3
Fransisko İquera (30/08/1994. “Saraqosa” – 5:4) - 3
Milinko Pantiç (12/03/1997. “Atletiko” – 4:5) - 4
Andrey Şevçenko (05/11/1997. “Dinamo” Kiyev – 4:0) - 3
Dieqo Forlan (22/05/2005. “Vilyarreal” – 3:3) - 3
Kilian Mbappe (16/02/2021. PSJ – 4:1) - 3
Kərim Benzema (05/04/2023. “Real” – 4:0) - 3






İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı