4 oktyabr 2026. Bazar günü

Nou Kamp'da 60 il sonra


Nou Kamp'da 60 il sonra
İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema “Barselona”ya qarşı “Nou Kamp” stadionunda keçirdikləri İspaniya kubokunun yarımfinal oyununda het-trikə imza atıb. Corner.az xəbər verir ki, o, buna nail olan 11-ci qonaq futbolçu kimi tarixə düşüb.
 
“Nou Kamp”da ilk dəfə 3 qol vuran futbolçu 1961-ci ildə Luis Araqones olub. Benzema “Real”ın heyətində bunu bacaran ikinci oyunçudur. Ona qədər sonuncu dəfə 1963-cü ildə Ferens Puşkaş əzəli rəqibi səfərdə 3 dəfə mərkəzə dəvət edib.
 
“Nou Kamp”da pokerə imza atan yeganə rəqib futbolçu isə Milinko Pantiçdir. Bu, 1997-ci ilə təsadüf edib.






İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”