17 dekabr 2025. Çərşənbə

Valverde matçdan sonra rəqib oyunçunu yumruqladı


Valverde matçdan sonra rəqib oyunçunu yumruqladı
"Real” İspaniya La Liqasının 28-ci turunda “Vilyarreal”a 2:3 hesabıyla məğlub olub.Corner.az xəbər verir ki, matçdan sonra “kral klubu”nun futbolçusu Federiko Valverde “Vilyarreal”ın oyunçusu Aleks Baena arasında xoşagəlməz hadisə yaşanıb.
 
Belə ki, uruqvaylı oyunçu qarşılaşma bitdikdən sonra qonaqların avtobusunun yanında Baenanı gözləyib və  daha sonra rəqibinə yaxınlaşan Valverde onun üzünə gözlənilməz zərbə endirib. İspaniya mətbuatının iddiasına görə, Valverden'in bu cür aqressiv davranışının səbəbi “Vilyarreal”ın oyunçusunun onun ailəsini təhqir etməsi səbəb olub.
 
“Kral klubu” hazırda İspaniya çempionatının turnir cədvəlində 59 xalla ikinci, “Vilyarreal” isə 47 xalla beşincidir.






İspaniya L.L.

Ter Ştegen ilk oyununa çıxır
  • İspaniya L.L.
  • 23:14 16.12.2025
Ter Ştegen ilk oyununa çıxır
 “Real”dan inamlı qələbə
  • İspaniya L.L.
  • 02:42 15.12.2025
“Real”dan inamlı qələbə