4 oktyabr 2026. Bazar günü

Ben Yedderə İspaniya məhkəməsindən cəza


Ben Yedderə İspaniya məhkəməsindən cəza
İspaniya məhkəməsi “Monako”nun hücumçusu Vissam Ben Yedderə hökm oxuyub. Corner.az ESPN-ə istinadən xəbər verir ki, 32 yaşlı forvard "Sevilya"da çıxış edərkən vergidən yayındığı üçün 6 aylıq şərti həbs cəzası alıb.
 
Bundan başqa, fransalı oyunçu 133 min avro cərimə də ödəməlidir.
 
Xatırladaq ki, İspaniyada 2 ilə qədər nəzərdə tutulan həbs cəzaları adətən şərti işlə əvəz olunur.
 
Ben Yedder 2016-2019-cu illər aralığında “Sevilya”nın uğurları üçün çalışıb.O, “Monako”ya məhz İspaniya klubundan transfer olunub.






İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”