23 oktyabr 2024. Çərşənbə

Barselona'nın tarixinə düşə bilər


Barselona'nın tarixinə düşə bilər

"Barselona” İspaniya La Liqasının 30-cu turunda “Atletiko” ilə qarşılaşacaq.

Corner.az saytı xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi 15 yaşlı hücumçu Lamin Yamalı qarşılaşmanın iştirak ərizəsinə daxil edib.
 
Qvineyalı oyunçu 15 yaş 283 günündə meydana çıxa bilər. Bu olacağı təqdirdə, Yamal La Liqada iştirak edən katalonların ən gənc futbolçusu kimi tarixə düşəcək. O, 41 nömrəli forma ilə çıxış edəcək.
 
7 yaşından “Barselona” akademiyasında olan Lamin Yamal ötən ilin sentyabrından tez-tez əsas komanda ilə məşqlərdə iştirak edir. O, bu mövsüm U-18 liqasında meydana çıxdığı 18 görüşdə 8 qol vurub, bir o qədər də assist edib.
 
Qeyd edək ki, bu gün keçiriləcək “Barselona” – “Atletiko” oyunu Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.







İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı