30 iyun 2026. Çərşənbə axşamı

Barselona'ya bir qol bəs etdi


Barselona'ya bir qol bəs etdi

İspaniya La Liqasında 30-cu tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.

“Elçe” evdə “Valensiya”ya məğlub olub. “Malyorka” “Xetafe”yə, “Sevilya” da “Vilyarreal”a qalib gəlib. Lider “Barselona” isə əsas rəqiblərindən olan Madrid “Atletiko”su ilə ev oyununda minimal hesablı qələbəyə sevinib.

Hazırda 76 xala malik “Barselona” vahid liderdir. “Real” 65 xalla ikinci, “Atletiko” 60 xalla üçüncüdür. “Real Sosyedad” 54, “Betis” 48, “Vilyarreal” 47, “Atletik” 46 xal toplayıb.

İspaniya La Liqası
30-cu tur
21 aprel

Espanyol – Kadis 0:0

22 aprel

Osasuna – Betis 3:2
Qol: Budimir, 6; 11. Monkayola, 41 – Miranda, 16. Q.Rodriqes, 70.

Almeriya – Atletik 1:2
Qol: Sentelyes, 90+2 – N.Uilyams, 9. De Markos, 56.

Real Sosyedad – Rayo Valyekano 2:1
Qol: Sörlot, 59. Leyeune, 81-öz qapısına – Palason, 57.

Valyadolid – Jirona 1:0
Qol: Monçu, 24.

Real – Selta 2:0
Qol: M.Asensio, 42. E.Militao, 48.

23 aprel

Elçe – Valensiya 0:2
Qol: Lino, 19. Verdu, 42-öz qapısına.

Barselona – Atletiko 1:0
Qol: F.Torres, 44.

Malyorka – Xetafe 3:1
Qol: Li Kanq, 56; 90+5. Raillo, 64 – Mayoral, 23.

Sevilya – Vilyarreal 2:1
Qol: Mir, 34. En Nesiri, 90+4 – P.Torres, 57.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"