23 mart 2026. Bazar ertəsi

7 ilin ən zəif Levandovskisi, ter Ştegen isə ...


7 ilin ən zəif Levandovskisi, ter Ştegen isə ...
"Barselona”nın hücumçusu Robert Levandovski İspaniya La Liqasının XXX turunda “Atletiko” ilə oyunda da qol vura bilməyib. Corner.az saytı xəbər verir ki, hazırda zəif çıxışı gündəmdə olan polşalı oyunçu son 10 görüşdə cəmi bir dəfə fərqlənə bilib.
 
Bu da aprelin 1-də “Elçe” ilə qarşılaşmaya təsadüf edib. Levandovski sonuncu dəfə 7 il əvvəl - 2016-cı ildə belə uğursuzluğa düçar olub.
 
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen isə cari mövsümdə 23-cü dəfə meydanı qol buraxmadan tərk edib. Alman qolkiper bununla yeni rekord müəyyənləşdirib. Kataloniya klubunda ter Ştegenə qədər rekordçu 22 matçda qol buraxmayan Klaudio Bravo idi.
 
Qeyd edək ki, Robert Levandovski bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 38 oyun keçirib, 22 qol, 7 assistlə yadda qalıb.






İspaniya L.L.

Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi
"Xetafe" evdə "Espanyol"u məğlub etdi
  • İspaniya L.L.
  • 22:59 21.03.2026
"Xetafe" evdə "Espanyol"u məğlub etdi