24 noyabr 2024. Bazar günü

76 il sonra bir ilk


76 il sonra bir ilk
“Jirona”nın hücumçusu Valentin Kastelyanos İspaniya La Liqasının XXXI turunda “Real”a 4 qol vurmaqla tarixə düşüb. Corner.az saytı xəbər verir ki, "Taty" ləqəbli argentinalı forvard “kral klubu”nu bir görüşdə 4 dəfə cəzalandıran 9-cu oyunçu olub.
 
24 yaşlı oyunçu son 10 ildə bunu bacaran ilk futbolçu ünvanına sahib olub. Axırıncı dəfə Robert Levandovski 2013-cü ildə Dortmund “Borussiya”sında olarkən Çempionlar Liqasının yarımfinal mərhələsində “Real”la qarşılaşmada poker edib.
 
Dieqo Militodan sonra “kral klubu”nu 4 dəfə mərkəzə dəvət edən ikinci argentinalı olan Kastelyanos İspaniya çempionatında həm XXI əsrdə, həm də son 75 ildə bunu həyata keçirən ilk futbolçudu. Axırıncı dəfə 1947-ci ildə “Ovyedo”nun oyunçusu Esteban Eçevarriya ölkə çempionatında bunu bacarıb.
 
Qeyd edək ki, “Jirona” - “Real” oyunu birincilərin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Tarix boyu “Real”a 4 qol vuran oyunçular:
 
1. Jozef Samitier (18/04/1926): “Barselona” – 5:1
2. Marti Vantolra (21/04/1935): “Barselona” – 5:0
3. Visent Martines Katalya (03/03/1940): “Espanyol” – 5:4
4. Emilin (24/09/1944): “Ovyedo” – 4:0
5. Esteban Eçevarriya (21/12/1947): “Ovyedo” – 7:1 (5 qol)
6. Euloqio Martines (19/05/1957): “Barselona” – 6:1
7. Dieqo Milito (08/02/2006): “Saraqosa” – 6:1
8. Robert Levandovski (24/04/2013): “Borussiya” D. – 4:1
9. Valentin Kastelyanos (25/04/2023): “Jirona” – 4:2






İspaniya L.L.

Yamal komanda ilə məşq etmədi
  • İspaniya L.L.
  • 16:16 21.11.2024
Yamal komanda ilə məşq etmədi
Endrik "Real Madrid"i tərk etməyəcək
  • İspaniya L.L.
  • 15:28 21.11.2024
Endrik "Real Madrid"i tərk etməyəcək