4 oktyabr 2026. Bazar günü

Ter Ştegen mütləq rekordçu oldu


Ter Ştegen mütləq rekordçu oldu
İspaniya La Liqasının XXXII turunda “Barselona” doğma meydanında “Betis”ə darmadağınla qalib - 4:0. Corner.az xəbər verir ki, Kataloniya təmsilçisinin qapıçısı Mark-Andre ter Ştegen yeni rekorda imza atıb.
 
Alman qolkiper bir mövsüm ərzində çempionatın 24 oyununda qol buraxmayaraq, “Barsa”nın mütləq rekordçusu olub. O, 2014-15 mövsümündə 23 görüşdə qapısının toxunulmazlığını qorumağı bacaran Klaudio Bravonun rekordunu yeniləyib.
 
Qeyd edək ki, “Barselona” hazırda 79 xalla La Liqada turnir cədvəlinə başçılıq edir.






İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”