"Barselona”nın yarımmüdafiəçi Lamin Yamal klubun tarixinə düşüb. Corner.az xəbər verir ki, o, La Liqanın XXXII turunda “Betis”lə qarşılaşmada debüt edərək buna nail olub.
Yamal komandasının 4:0 hesabı ilə qalib gəldiyi matçın 83-cü dəqiqəsində meydana çıxıb. O, 15 yaş 290 günündə İspaniya çempionatında klub rekordu qıraraq, ən gənc debütant ünvanına yiyələnib.
La Liqa tarixində yalnız 4 oyunçu daha gənc yaşda meydana daxil olub. Rekord 2019-20 mövsümündə 15 yaş 219 günündə “Malyorka”da debüt edən Luka Romeroya məxsusdu.