17 dekabr 2025. Çərşənbə

La Liqanı tərk edən ilk komanda bilindi


La Liqanı tərk edən ilk komanda bilindi
Futbol üzrə İspaniya La Liqasının autsayderi "Elçe"nin elitanı tərk edəcəyi dəqiqləşib.
 
Corner.az xəbər verir ki, ötən gecə "Almeriya"ya 1:2 hesabı ilə uduzan komanda növbəti mövsüm üçün elitadakı yerini qorumaq şansını əldən verib.
 
Hazırda "Elçe"nin 16 xalı, 17-ci pillədə qərarlaşan "Valensiya"nın isə 33 xalı var. Qalan 5 matçda autsayder üçün heç bir şans qalmayıb.
 
Sequndaya yuvarlanan "Elçe" son 3 mövsümü La Liqada keçirib. Ötən mövsümün sonunda bu klub 42 xalla turnir cədvəlini 13-cü pillədə başa vurub. 2020/21 mövsümündə komanda turnir cədvəlində 17-ci yeri tutub və aşağı liqaya düşməkdən son anda xilas olub.






İspaniya L.L.

Ter Ştegen ilk oyununa çıxır
  • İspaniya L.L.
  • 23:14 16.12.2025
Ter Ştegen ilk oyununa çıxır
 “Real”dan inamlı qələbə
  • İspaniya L.L.
  • 02:42 15.12.2025
“Real”dan inamlı qələbə