İspaniyanın Madrid “Real”ı daha bir rekord müəyyənləşdirib. Corner.az xəbər verir ki, İspaniya Kubokunun finalında “Osasuna”nı məğlub edən madridlilər İspaniya futbolu tarixində 100 rəsmi titul qazanan ilk komanda olub.
“Kral klubu”nun prezidenti Florentino Peres isə bu postda 32-ci uğuruna sevinib. O, əfsanəvi prezident Santyaqo Bernabeunun rekordunu təkrarlayıb.
Baş məşqçi Karlo Ançelotti isə “Real”la 10-ci tutuluna yiyələnib. Hazırda italiyalı yalnız Migel Munyoz (14) və Zinəddin Zidandan (11) geri qalaraq, klub tarixinin ən titullu 3-cü çalışdırıcısıdır.
İspaniya Kubokunu qazanmaq hücumçu Kərim Benzema üçün də əlamətdar hadisə olub. Fransalı forvard klub tarixində ən çox titul əldə edən Marseloya çatıb. Hər iki oyunçu “kral klubu” ilə 25 kubok qazanıb.
“Real”ın qazandığı titullar
İspaniya çempionatı – 35 dəfə
İspaniya Kuboku – 20
İspaniya Superkuboku – 13
İspaniya Liqa Kuboku – 1
Çempionlar Liqası – 14
UEFA Kuboku – 2
UEFA Superkuboku – 5
Latin Kuboku – 2
Beynəlxalq Kubok – 3
Klublararası Dünya Kuboku - 5