30 iyun 2026. Çərşənbə axşamı

Barselona - çempion!


Barselona - çempion!

İspaniya La Liqasında 34-cü turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.

Səfərdə “Selta”nın qonağı olan “Valensiya” inamlı qələbə qazanıb. “Sevilya” da “Valyadolid”lə səfər matçında darmadağınla qalib gəlib. “Elçe”nin qonağı olan Madrid “Atletiko”su isə məğlubiyyətə üzülüb.

Lider “Barselona” da “Espanyol”un qonağı olub. Kataloniya derbisində inamlı qələbə qazanan “Barselona” sona 4 tur qalmış çempionluğu təmin edib. Bu isə "Barsa"nın 27-ci İspaniya çempionluğudur.

Hazırda “Barselona” 85 xalla vahid liderdir. “Real” 71 xalla ikinci, “Atletiko” 69 xalla üçüncü pillədə qərarlaşıb.

İspaniya La Liqası
34-cü tur
12 may

Malyorka – Kadis 1:0
Qol: Maffeo, 16.

13 may

Real Sosyedad – Jirona 2:2
Qol: Oyarzabal, 5-pen. D.Silva, 24 – Kouto, 37. Stuani, 45+3.

Osasuna – Almeriya 3:1
Qol: Budimir, 46. Ezzalzuli, 51. M.Qomes, 81 – Lazaro, 90+2.

Vilyarreal – Atletik 5:1
Qol: Baena, 24; 90. N.Cekson, 37; 50. A.Paredes, 61-öz qapısına – Sanset, 45+3.

Real – Xetafe 1:0
Qol: M.Asensio, 70.

14 may

Selta – Valensiya 1:2
Qol: Seferoviç, 60 – Kluyvert, 8. Mari, 88.

Elçe – Atletiko 1:0
Qol: Fidel, 41.

Valyadolid – Sevilya 0:3
Qol: Mir, 50. P.Qomes, 79. Korona, 90+3.

Espanyol – Barselona 2:4
Qol: Puado, 73. Xoselu, 90+2 – Levandovski, 11; 40. A.Balde, 20. Kunde, 53.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"