8 may 2026. Cümə

76 minlik çempionluq paradı


76 minlik çempionluq paradı

Barselonada 76 minə yaxın insanın iştirak etdiyi çempionat paradı keçirilib.

   

Corner.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Kataloniya klubu iki gün əvvəl La Liqanın 34-cü turunda “Espanyol”u məğlub edərək (4:2) qızıl medalları təmin edib.

  

Paraddan həm kişilər, həm də qadınlardan ibarət komandanın avtobusu keçib. Xatırladaq ki, qadınlardan ibarət komanda bir neçə gün əvvəl qalib gələrək ardıcıl dördüncü çempionluq titulunu əldə ediblər.

Komandaları daşıyan avtobuslar “Nou Kamp”dan “Arc de Triomphe”yə doğru irəliləyib. Futbolçular azarkeşlərin şərf və köynəklərinə qol çəkiblər.







İspaniya L.L.