23 oktyabr 2024. Çərşənbə

İlk dəfə irqçi təhqirlər edən bir stadion görürəm


İlk dəfə irqçi təhqirlər edən bir stadion görürəm
“Mən futbol haqqında danışmaq istəmirəm. Çox qəzəbliyəm. Bu gün burada baş verənlər utancvericidir.”. Corner.az xəbər verir ki, bunu Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti “Valensiya” ilə səfər oyununda baş verənlərlə bağlı deyib.
 
“Azarkeşlər futbolçularımızdan birini təhqir edirdi. La Liqada nəsə pislik var. Hakim oyunu dayandırmalı idi. Bütün stadion oyunçunu irqi zəmində təhqir etdi. Qarşılaşmada qalib gəlsəydik, eyni sözləri deyərdim. Baş verənlər çox ciddidir.Bu, böyük komandaların iştirak etdiyi liqadır. Amma biz bu problemi aradan qaldırmalıyıq. 2023-cü ildəyik. Yeganə həll yolu matçı dayandırmaqdır. Futbolda irqçiliklə bağlı protokol var, amma həll yolu matçı dayandırıb evə getməkdir.Vinicius əsəbiləşir, çünki bütün istədiyi futbol oynamaqdır. O, həmin mövqedə rəqibindən qurtulmağa çalışırdı. Qəzəbli deyildi, kədərləndi. Fikrimcə, irqçilik halında matç dayandırılmalıdır. Əsəbiləşən futbolçu deyil, stadion idi. İlk dəfə irqçi təhqirlər edən bir stadion görürəm” – deyə, italiyalı çalışdırıcı bildirib.

Qeyd edək ki, "Valensiya" - "Real" matçında braziliyalı Vinisius irqçiliklə təhqir edilib.






İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı