- İspaniya L.L.
- 22:56 22.11.2024
Braziliya
Prezidenti Luis İnasio Lula da Silva FIFA-nı irqçiliklə mübarizə üçün ciddi
addımlar atmağa çağırıb.
Corner.az
xəbər verir ki, ölkə başçısı bu barədə Yaponiyanın Hirosima şəhərində keçirilən
"Böyük Yeddiliy"in (G7) sammitinin mətbuat konfransından əvvəl
bildirib.
O,
İspaniya La Liqasının XXXV turunda "Valensiya" ilə matçda təhqirlərə
məruz qalan "Real Madrid"in braziliyalı futbolçusu Vinisius Juniora dəstək
olduğunu söyləyib: "Bizim dövrümüzdə Avropanın stadionlarında irqçi təəssübkeşliyin
vüsət alması yolverilməzdir. Uğur qazanan və dünyanın ən yaxşılarından hesab
edilən futbolçunun hücum hədəfinə çevrilməsi düzgün deyil. Mən FIFA, La Liqa və
digər qurumların ciddi tədbirlər görməsini vacib hesab edirəm. Çünki
stadionlarda faşizm və irqçiliyin təzahürlərinə yol verə bilmərik".
Qeyd edək
ki, qarşılaşma "Valensiya"nın 1:0 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin
azarkeşləri qarşılaşma ərzində Vinisius Juniora qarşı irqçi ifadələr işlədiblər.
O, görüşün sonlarında rəqib oyunçularla insidentdə iştirak etdiyi üçün qırmızı
vərəqə alaraq meydandan qovulub.