12 aprel 2026. Bazar günü

“Real Madrid”in futbolçusu cəzalandırıla bilər


“Real Madrid”in futbolçusu cəzalandırıla bilər
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Vinisyus Junior mövsümün sonuna qədər cəzalandırıla bilər.

Corner.az xəbər verir ki, buna səbəb braziliyalı hücumçunun La Liqanın XXXV turunda “Valensiya” ilə görüşdə kobud davranışıdır.

Qarşılaşmanın baş hakimi Rikardo de Burqos Benqoeçea onun qırmızı vərəqə aldığı 90+7-ci dəqiqədəki hərəkətini protokolda “topun meydanda olmadığı anda rəqibin üzünə vurulan zərbə, futbolçular arasında kütləvi dava” kimi qeyd edib.

İntizam məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu, 1-3 oyun müddətinə diskvalifikasiyaya anlamına gəlir. Cəzanın müddəti 3 matçlıq olsa, 23 yaşlı forvard “kral klubu”nun cari mövsümdəki son üç görüşündə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, oyun “Valensiya”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.






İspaniya L.L.

“Bu hələ son deyil”
  • İspaniya L.L.
  • 23:53 11.04.2026
“Bu hələ son deyil”
“42 xal hədəfimizdir”
  • İspaniya L.L.
  • 18:26 11.04.2026
“42 xal hədəfimizdir”
Yamal üçün yaxşı xəbər
  • İspaniya L.L.
  • 18:16 11.04.2026
Yamal üçün yaxşı xəbər
"Real"dan vacib xal itkisi
  • İspaniya L.L.
  • 01:12 11.04.2026
"Real"dan vacib xal itkisi