4 oktyabr 2026. Bazar günü

“Barselona” La Liqa rekordunu qıra bilmədi


“Barselona” La Liqa rekordunu qıra bilmədi
“Barselona” bir mövsümdə buraxılan qollara görə La Liqa rekordunu qıra bilməyəcək.

Corner.az xəbər verir ki, cari İspaniya çempionatının 36 görüşündə kataloniyalıların qapıçısı 18 dəfə topu tordan çıxarıb.
 
Bu, 1993-94 mövsümündə “Deportivo”nun, 2015-16 mövsümündə isə “Atletiko”nun rekordunun təkrarıdı. “Barsa” çempionatın son iki turunda “Real Sosyedad” (1:2) və “Valyadolid”lə (1:3) qarşılaşmalarda ümumilikdə 5 top buraxıb.
 
Qeyd edək ki, “Barselona” La Liqada son iki görüşünü “Malyorka” və “Selta”ya qarşı keçirəcək.






İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”