23 mart 2026. Bazar ertəsi

“Espanyol” La Liqanı tərk etdi


“Espanyol” La Liqanı tərk etdi

İspaniya La Liqasında 37-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün 9 görüş baş tutub.

Dörd qolluq “Valensiya” - “Espanyol” matçında qalib müəyyənləşməyib. Bu heç-heçənin ardından “Espanyol”un La Liqanı tərk edəcəyi rəsmiləşib. Hazırda 36 xalla 19-cu olan bu komanda son turda qalib gəlsə belə, 17-ci sıraya yüksələ bilməyəcək. Beləcə, sonuncu olan “Elçe”nin ardından “Espanyol” da Sequndada mübarizə aparacaq.

Çempionluğu təmin etmiş “Barselona” bu tur “Malyorka”nı, “Atletiko” “Real Sosyedad”ı, “Kadis” “Selta”nı, “Xetafe” “Osasuna”nı, “Rayo Valyekano” isə “Vilyarreal”ı məğlub edib.

Hazırda “Barselona” 88 xalla vahid liderdir. “Real” 77 xalla ikinci, Madridin digər təmsilçisi “Atletiko” 76 xalla üçüncü pillədə qərarlaşıb. “Real Sosyedad”ın 68, “Vilyarreal”ın 63, “Betis”in 59 xalı var.

İspaniya La Liqası
37-ci tur
27 may

Sevilya – Real 1:2
Qol: Mir, 3 – Rodriqo, 29; 69.

28 may

Almeriya – Valyadolid 0:0

Atletik – Elçe 0:1
Qol: Boye, 90+2.

Atletiko – Real Sosyedad 2:1
Qol: Qrizmann, 37. Molina, 73 – Sörlot, 88.

Barselona – Malyorka 3:0
Qol: Fati, 1; 24. Qavi, 70.

Kadis – Selta 1:0
Qol: Sobrino, 53.

Xetafe – Osasuna 2:1
Qol: Latasa, 39. Mata, 90 – Avila, 2.

Jirona – Betis 1:2
Qol: M.Qutyerres, 36-pen – B.İqlesias, 47; 77.

Rayo Valyekano – Vilyarreal 2:1
Qol: De Tomas, 56. Palazon, 63 – Lo Çelso, 83.

Valensiya – Espanyol 2:2
Qol: D.Lopes, 38. Lino, 90+3 – Montes, 40. Breytveyt, 50.







İspaniya L.L.

Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi
"Xetafe" evdə "Espanyol"u məğlub etdi
  • İspaniya L.L.
  • 22:59 21.03.2026
"Xetafe" evdə "Espanyol"u məğlub etdi