23 oktyabr 2024. Çərşənbə

"Real" Benzemadan şübhələnir


"Real" Benzemadan şübhələnir
"Real" futbolçusu Kərim Benzemanın klubdan ayrılmağı düşünməsindən şübhələnir.

Corner.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb. Benzema Səudiyyə Ərəbistanından 2 mövsümdə 200 milyon avro qazana biləcək təklif alıb. Təklifdə imic hüququ və reklamdan əlavə gəlir, uşaqlar üçün məktəblərin yaradılması, həmçinin Səudiyyə Ərəbistanı, Yunanıstan və Misirin 2030-cu ildə dünya çempionatına ev sahibliyi etmək üçün birgə təklif təqdim etmək imkanı daxildir. Bundan əlavə, Benzemanın vergidən azad oluna biləcəyi bildirilir.

Qeyd olunur ki, məşqçilər heyəti və “Real” rəhbərliyinin bəzi üzvləri Benzemanın bu yay təklifi qəbul edib klubdan düşündüyündən şübhələnirlər. Madrid klubunun kapitanının mövsümün son hissəsindəki davranışı da klubu çaşdırır. Xüsusən də onun “Xetafe” ilə oyundan əvvəl İspaniya kubokunun təqdimat mərasimində iştirak etməməsi və “Mançester Siti”yə uduzduqdan sonra mətbuata açıqlama verməkdən imtina etməsi buna əsas verir.

Kərim Benzemanın "Real" ilə iyunadək olan müqaviləsi keçən ilin oktyabrında "Qızıl top"u qazandığı üçün avtomatik olaraq yenilənməlidir.






İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı