4 oktyabr 2026. Bazar günü

“Real”ın futbolçusunun yubiley matçı

“Real”ın yarımmüdafiəçisi Fereriko Valverde klubun heyətində 150-ci oyununa çıxıb.


“Real”ın futbolçusunun yubiley matçı

“Real”ın yarımmüdafiəçisi Fereriko Valverde klubun heyətində 150-ci oyununa çıxıb. 90deqiqe.az xəbər verir ki, 25 yaşlı oyunçu bu göstəriciyə La Liqanın XII turunun “Rayo Valyekano” ilə matçda nail olub.

“Santyaqo Bernabeu” stadionundakı qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Valverde “Real”a 2018-ci ilin yayında “Kastilya”dan keçib. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə kimi nəzərdə tutulub.

Qeyd edək ki, uruqvaylı yarımmüdafiəçi “Real”ın heyətində keçirdiyi 150 oyunda 13 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”