23 mart 2026. Bazar ertəsi

“Real”ın ukraynalı qapıçısından La Liqa rekordu

"Real”ın İspaniya La Liqasının XIV turunda səfərdə “Kadis”lə oyunda (3:0) qələbə qazanması qonaqların qapıçısı  Andrey Lunin üçün əlamədar olub.


“Real”ın ukraynalı qapıçısından La Liqa rekordu

"Real”ın İspaniya La Liqasının XIV turunda səfərdə “Kadis”lə oyunda (3:0) qələbə qazanması qonaqların qapıçısı  Andrey Lunin üçün əlamədar olub. 90deqiqe.az xəbər verir ki, ukraynalı qolkiper sözügedən matçda 4 seyvlə yadda qalıb.

Cari mövsüm o, 17 zərbədən 15-ni dəf etməyi bacarıb. Bu zərbələri dəf etmək təxminən 88 faizdir Lunin bu performansı cari mövsüm birdən çox oyun keçirmiş qapıçılar arasında La Liqada rekord göstəricisi deməkdir.

Çempionatda bu baxımdan ikinci yerdə “Real”ın digər qolkiperi Kepa Arrizabalaqa qərarlaşıb. Onun aktivində 76,7 faizlik dəqiq seyv var. Kepa 30 zərbədən 24-nü dəf edib. Üçüncü yeri “Real Sosyedad”lı Aleks Remiro qərarlaşıb - 76,2 faiz (63 zərbədən 47-ni dəf edib).

Qeyd edək ki, Andrey Lunin bu mövsüm 5 oyundan 3-də, Kepa Arrizabalaqa isə 13 görüşdən 6-da qol buraxmayıb.







İspaniya L.L.

Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi
"Xetafe" evdə "Espanyol"u məğlub etdi
  • İspaniya L.L.
  • 22:59 21.03.2026
"Xetafe" evdə "Espanyol"u məğlub etdi