23 oktyabr 2024. Çərşənbə

Xavinin reallaşmayan arzusu

“Barselona"nın baş məşqçisi Xavi "Atletiko”nun hücumçusu Alvaro Moratanı Kataloniya klubunda görmək istədiyini, lakin transferin baş tutmadığını etiraf edib.


Xavinin reallaşmayan arzusu

“Barselona"nın baş məşqçisi Xavi "Atletiko”nun hücumçusu Alvaro Moratanı Kataloniya klubunda görmək istədiyini, lakin transferin baş tutmadığını etiraf edib.

90deqiqe.az xəbər verir ki, ispan çalışdırıcı yerli mətbuata 31 yaşlı forvardın transferi üçün fürsət olsada bundan yararlana bilmədiklərini bildirib.

“Düzdür, onu almaq istəyirdim. Belə bir fürsət var idi. Onunla danışdım və komandamda olmasını istədim. Amma bu müəyyən səbəblərdən baş tutmadı. Morata mənim çox xoşuma gələn əla hücumçudur. O, komanda üçün çox çalışan səxavətli futbolçudur. O və Qrizmannla birlikdə "Atletiko"nun dünya səviyyəli hücum xətti var".

Qeyd edək ki, ispan oyunçu bu mövsüm Madrid klubunun heyətində 17 matçda 12 qol vurub.







İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı