14 dekabr 2025. Bazar günü

“Real”la anlaşmışdım amma ...

“Milan”, “Yuventus” və İtaliya millisinin keçmiş yarımmüdafiəçisi Andrea Pirlo maraqlı açıqlama verib.


“Real”la anlaşmışdım amma ...

“Milan” və“Yuventus”un keçmiş yarımmüdafiəçisi Andrea Pirlo maraqlı açıqlama verib.

90deqiqe.az xəbər verir ki, 44 yaşlı italyan veteran futbolçu “Football Italia”ya açıqlamasında 2006-cı ilin yayında “Real”a keçməyə yaxın olduğunu etiraf edib:

“Dünya Kuboku yenicə yekunlaşmışdı və Kalsiopoli qalmaqalı yaşandı. “Milan”ın B Seriyasına göndərilmək ehtimalı var idi. Həmin vaxt Fabio Kapello “Real”a keçdi. Onunla və klub rəhbərliyi ilə danışdım, razılaşdıq. Mövsümöncəsi təlim-məşq toplanışına gələndə mənə dedilər ki, biz A Seriyasında qalacağıq, amma xallarımız silinəcək.

Bu barədə əmin deyildim, çünki artıq Madrid klubuna getməyə qərar vermişdim. Amma “Milan”a bazaya qayıdandan sonra Adriano Qalliani (red- həmin vaxt klubun vitse-prezidenti) və agentimlə görüşdükdən sonra  qalmağa qərar verdim. Adriano müqaviləni stolun üstünə qoydu və rəqəmləri doldurmağımı söylədi. Bir neçə gün sonra sənədlər imzalandı”.







İspaniya L.L.

“Qrizmann klubun əfsanəsidir”
  • İspaniya L.L.
  • 22:49 13.12.2025
“Qrizmann klubun əfsanəsidir”