- İspaniya L.L.
- 22:56 22.11.2024
"Betis"in baş məşqçisi Manuel Pelleqrini sabiq komandası "Real Madrid" klubunun başında buraxılmış çempionluğu haqda danışıb.
90deqiqe.az xəbər verir ki, o, Madrid klubunda fikir ayrılıqları olduğunu bildirib:
“Real” haqqında bir pis söz deyə bilmərəm. Çünki peşman olacağım heç nə yoxdur. “Real”da işləmək artıq böyük uğurdur. Çempionatda 96 xal topladıq. Baxmayaraq ki, Kral Kubokunda və Çempionlar Liqasında o qədər də irəli getməmişik. “Real”da işləməyə başladığımdan bəri direktorlar şurası ilə aramızda məşqçinin necə işləməsi ilə bağlı fikir ayrılıqları olurdu. Mübahisə etmədən, fərqli baxışların ola biləcəyini qəbul etdim. Məşqçi olmağın nə demək olduğu, görülməli olan işlərlə bağlı prezidentin öz baxışı var idi və mövsümün əvvəlindən aramızda fikir ayrılıqları yaranmışdı. Mən hətta imtina etməyi təklif etdim. Amma bu baş vermədi. Mövsümün sonunda başa düşdüm ki, titul qazanıb qazanmamağımdan asılı olmayaraq “Real”dan ayrılacam. Mən daha bir neçə il qalmaq istərdim. La Liqa çempionluğunu əldən verdik. Kriştiano Ronaldo üç ay idi ki, zədələnmişdi. "Barselona" 81-ci dəqiqədə möhtəşəm qolla bizi 1:0 hesabı ilə məğlub etdi. Bu məğlubiyyət olmasaydı, çempion olardıq. Bizə qarşı isə tarixin ən yaxşı “Barselona”sı idi. Bu titulu qazanmamaq ayıbdı”.
Qeyd edək ki, 2009-2010 mövsümündə "Barselona" 99 xalla çempion olub. "Real" 96 xalla ikinci pillədə qərarlaşıb.