30 iyun 2026. Çərşənbə axşamı

“Barselona” futbolçularına qəribə qadağa

"Barselona"nın futbolçularına stadionda duş qəbul etmək qadağan edilib


“Barselona” futbolçularına qəribə qadağa

"Barselona"nın futbolçularına stadionda duş qəbul etmək qadağan edilib

90deqiqe.az "Mundo Deportiivo"ya istinadən xəbər verir ki, Kataloniya Muxtar İcmasının ali özünüidarə orqanının quraqlıqla mübarizə çərçivəsində verdiyi qərar idman ictimaiyyəti və azarkeşlər arasında təəccüblə qarşılanıb.

Belə ki, quraqlığın təsirlərini yumşaltmaq məqsədilə İspaniyanın muxtar vilayəti olan Kataloniyanın idman salonlarında duşlardan istifadəyə icazə verilməyəcək.

Bildirilib ki, qərar muxtar vilayəti təmsil edən “Barselona” və “Jirona”nın futbolçularına da şamil olunacaq.

Tədbirlərin tətbiqini iqlim dəyişikliyi ilə mübarizə, ərzaq və kənd təsərrüfatı naziri Devid Maskurt təsdiqləyib. Bundan sonra oyunçular Generalitatın fərmanına əməl etmək üçün evdə yuyunmalıdırlar. Çünki onlara nə məşq zamanı, nə də matçlardan sonra duşa buraxılmayacaq.

Qeyd edək ki, Kataloniya bölgəsi son 100 ilin ən quru dövrünü yaşayır. Su anbarlarında suyun səviyyəsi rekord həddə aşağı enib.







İspaniya L.L.

"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"
"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"