19 avqust 2026. Çərşənbə

Arda Güler bu il debüt edə bilməyəcək

"Real"ın yarımmüdafiəçisi Arda Güler ​​2023-cü ildə komandada debüt edə bilməyəcək.


Arda Güler bu il debüt edə bilməyəcək

"Real"ın yarımmüdafiəçisi Arda Güler ​​2023-cü ildə komandada debüt edə bilməyəcək.

90deqiqe.az AS-a istinadən xəbər verir ki, Madrid klubunun bu addımına səbəb Türkiyə millisinin üzvünə tam sağalması üçün vaxt verməsidir.

18 yaşlı oyunçu ​​2023-cü ilin iyulunda "Fənərbaxça"dan "Real"a  keçib. O, iyul, sentyabr və noyabr aylarında zədələndiyinə görə hələ də debüt edə bilməyib.

Qeyd edək ki, "Real"ın 2023-cü ildə La Liqada daha iki oyunu var: "Villarreal" (17 dekabr) və "Alaves" (21 dekabr).







İspaniya L.L.