4 oktyabr 2026. Bazar günü

Madrid klubu tarixinin yeni bombardiri

İspaniya La Liqasının XVIII turu “Atletiko”nun hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub.


Madrid klubu tarixinin yeni bombardiri

İspaniya La Liqasının XVIII turu “Atletiko”nun hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub.

90deqiqe.az xəbər verir ki, fransalı oyunçu “Xetafe” ilə görüşdə (3:3) dubla imza atmaqla tarixə düşüb.

32 yaşlı forvard madridlilərin heyətində ümumi qol sayını 173-ə çatdırıb. Bununla da o, klub tarixinin bombardiri Luis Araqonesə çatıb. Qrizmann daha bir qol vuracağı təqdirdə, “Atletiko”nun ən məhsuldar oyunçusu ünvanına sahib olacaq.

Qeyd edək ki, “Atletiko” hazırda 35 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”