- İspaniya L.L.
- 22:56 22.11.2024
“Real”ın baş məşqçisi Karlo Ançelotti Superliqa ilə bağlı Avropa Məhkəməsinin qərarını şərh edib.
90deqiqe.az “The Athletic”ə istinadən xəbərverir ki, italyan çalışdırıcı bu qərarın futbol üçün yaxşı olduğunu bildirib:
“Düşünürəm ki, bu, bütün klublar üçün vacib qərar idi.Turnirlərin təşkilində inhisarın olmaması yaxşıdır. Bundan əlavə, təqvim yaxşılaşdırıla bilər ki, bu da hər kəs üçün müsbət hal deməkdir.Super Liqa formatı haqqında nə düşünürəm? Mən hələ buna baxmamışam, lakin məhkəmə qərarının futbol üçün yaxşı olacağını düşünürəm.”
Qeyd edək ki, dekabrın 21-də Avropa İttifaqının Ədalət Məhkəməsi FİFA və UEFA-nın klubların Superliqada iştirakına qadağa qoymasını qeyri-qanuni elan edib.Artıq bir sıra Avropanın nəhəng klubları, o cümlədən “Bavariya”, PSJ, “İnter”, “Mançester Siti”, “Çelsi” və digər komandalar Super Liqaya qarşı çıxıb.