- İspaniya L.L.
- 22:56 22.11.2024
“Barselona”nın prezidenti Xuan Laporta və “Real”ın prezidenti Florentino Peres Avropa Super Liqasının inkişafı istiqamətində gələcək addımları müzakirə etmək üçün işçi görüş keçirəcəklər.
90deqiqe.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, adıçəkilən funksionerlər yanvarın əvvəlində Səudiyyə Ərəbistanında, Ər-Riyad şəhərində komandalarının İspaniya Superkubokunda çıxışı zamanı görüşəcəklər, burada xüsusilə, Superliqanın yaradılması ilə bağlı çoxlu sayda Avropa nəhənginin etirazları qarşısında necə hərəkət etmək barədə strategiya üzərində müzakirə aparacaqlar.
Qeyd edə ki, yanvarın 10-da İspaniya Superkubokunda “Barselona” “Osasuna” ilə qarşılaşacaq. Növbəti gün, yanvarın 11-də “Real” “Atletiko” ilə üz-üzə gələcək.
Əlavə edək ki, Superliqanın yaradılması üçün qanuni imkan Avropa İttifaqının Ədalət Məhkəməsinin dekabrın 21-də UEFA və FİFA-nın turnirlərin keçirilməsində monopoliya qura bilməyəcəyi barədə qərarından sonra yaranıb.