- İspaniya L.L.
- 22:56 22.11.2024
“Real” həkimi Niko Mihiçlə yollarını ayırıb.
90deqiqe.az xəbər verir ki, buna səbəb yarımmüdafiəçi Cud Bellinqemin çiynindən zədələnməsi ilə bağlı vəziyyət olub.
Noyabr ayında ingilis yarımmüdafiəçinin çiyni çıxıb. Mihiç baş məşqçi Karlo Ançelottiyə futbolçunun bir neçə gündən sonra Çempionlar Liqasında “Braqa” ilə oyuna hazır olacağını bildirsədə, Bellinqem həmin görüşü buraxıb.
“Real” rəhbərliyi Tibo Kurtua və Eder Militaonu uğurlu əməliyyatlarını keçirən həkim Manuel Leyeslə məsləhətləşmədən sonra bu qərara gəlinib.
Madrid klubunun prezidenti Florentino Peres Leyesin gəldiyi nəticədən sonra Mihiçi qeyri-peşəkarlıqda ittiham edərək işinə son verib.