- İspaniya L.L.
- 23:59 25.12.2024
“Real”ın yeni transferi zədə səbəbindən hələ də debüt edə bilməyən 18 yaşlı hücumameyilli yarımmüdafiəçi Arda Gülər İspaniya Kubokunun 1/16 final matçında meydana çıxa bilər.
90deqiqe.az xəbər verir ki, “kral klubu” bu mərhələdə yanvarın 6-da “Arandina” ilə qarşılaşacaq.
Tanınmış insayder Fabrizio Romano “X” sosial şəbəkəsində Ançelottinin türk futbolçu haqda sözlərini paylaşıb: “Arda Gülər özünü daha yaxşı hiss edir, o, yaxşı işləyir və həm də sabahkı matçda əsas heyətdə yer almağa namizəddir”.
Xatırladaq ki, Gülər bu mövsüm başlamazdan əvvəl menisk zədəsi alıb və sentyabrda zədəsini sağaldıb. Ancaq keçən payızda gənc futbolçu əzələ zədəsi yeniləyib.