16 iyul 2026. Cümə axşamı

Futbol əfsanələri növbəti dəfə üz-üzə gəlir

"Barselona"nın əfsanəvi futbolçuları yaxın günlərdə keçmiş futbol ulduzları ilə oyun oynamaq üçün Çinə yollanacaqlar.


Futbol əfsanələri növbəti dəfə üz-üzə gəlir

"Barselona"nın əfsanəvi futbolçuları yaxın günlərdə keçmiş futbol ulduzları ilə oyun oynamaq üçün Çinə yollanacaqlar.

90deqiqe.az xəbər verir ki, görüş yanvarın 20-də Çonqinqdə keçiriləcək. Daha öncə kataloniyalılar oxşar oyunları Qırğızıstan, İsrail və Konqo Demokratik Respublikasında gerçəkləşdirmişdi.

Albert Ferrerin rəhbərliyi altında meydanda Karles Puyol, Rivaldo, Xavyer Saviola, Qayzka Mendieta, Covanni Silva de Oliveyra, Sergi Barjuan, Juliano Belletti, Ludovik Giuli, Xuan Sorin, Edqar Davids, Xesus Anqoy, Albert Horquera, Frederik Deju çıxış edəcək.

Onlar Fabio Kannavaro, Françesko Totti, Fernando Morientes və Klarens Zeedorf kimi futbolçularla üz-üzə gələcək.







İspaniya L.L.

Joze Mourinyo "Real"dakı işinə başladı
  • İspaniya L.L.
  • 23:16 10.07.2026
Joze Mourinyo "Real"dakı işinə başladı