8 sentyabr 2024. Bazar günü

"O, indiyə qədər işlədiyim ən güclü oyunçudur"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti keçmiş fransalı yarımmüdafiəçi Zinəddin Zidanı indiyə qədər birlikdə çalışdığı ən yaxşı futbolçu adlandırıb.


"O, indiyə qədər işlədiyim ən güclü oyunçudur"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti keçmiş fransalı yarımmüdafiəçi Zinəddin Zidanı indiyə qədər birlikdə çalışdığı ən yaxşı futbolçu adlandırıb.

90deqiqe.az "ITASportPress"ə istinadən xəbər verir ki, italyan çalışdırıcı Zidanın işlədiyi ən güclü oyunçu olduğunu bildirib.

“Zidan indiyə qədər işlədiyim ən güclü oyunçudur. Onun məşqdə etdikləri inanılmaz idi, mən heç vaxt belə bir şey görməmişəm”

Xatırladaq ki, Karlo Ançelotti 2021-ci ildə karyerasında ikinci dəfə "Real Madrid"i çalışdırıb. Bundan əvvəl italiyalı mütəxəssis 2013-2015-ci illərdə "Los Blancos"da çalışıb. Onun rəhbərliyi altında "qaymaqlılar" İspaniya çempionu oldu, iki dəfə ölkə kubokunu, eləcə də Çempionlar Liqasını qazandı. Bundan əlavə, Karlo Ançelotti ilə "Real" iki dəfə FIFA Klublararası Dünya Çempionatının qalibi olub.







İspaniya L.L.

İsko əməliyyat olundu
  • İspaniya L.L.
  • 13:22 07.09.2024
İsko əməliyyat olundu
Fati "Jirona"ya qarşı oynaya bilər
  • İspaniya L.L.
  • 20:30 06.09.2024
Fati "Jirona"ya qarşı oynaya bilər
İsko yenidən əməliyyat olunacaq
  • İspaniya L.L.
  • 21:18 04.09.2024
İsko yenidən əməliyyat olunacaq